Mirzə Ələkbər Sabirə əxlaq şəhadətnaməsi nə üçün lazım idi?


Tarix: 30-09-2017, 13:06
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Mirzə Ələkbər Sabirə əxlaq şəhadətnaməsi nə üçün lazım idi?

Mirzə Ələkbər Sabirin indiyə kimi təqdim etdiyimiz və əlimizdə olan məktublarının hamısı dərd yüklü məktublardır. Hər bir məktub özü boyda bir tarixdir və tarix olmaqla bərabər şairin yaşamını, həyat tərzini, ətrafının ona olan münasibətini özündə əks etdirir. Həmin bu məktubları oxuduqdan sonra M.Ə.Sabirin necə yaşadığı, hansı problemlərlə üz-üzə qaldığını aydın görmək olur.

Bu məktubunda isə M.Ə.Sabir Qoridə müəllim işləyən Sultan Məcid Qənizadəyə yazaraq rus dilini aç-çox bildiyini və gərək olarsa təkmilləşdirəcəyini yazır. Beləliklə, Enter.News Mirzə Ələkbər Sabirin 1908-ci il yanvarın 17-də Şamaxıdan Qoriyə - Sultan Məcid Qənizadəyə yazdığı məktubu təqdim edir:

"Qoridə maarifpərvər Sultan Məcid Qənizadə hüzurlərinə!

Bəəd-əssəlam, himmətzədə pərvəranələri sayəsində yazdıqları məktubi-ali rəsideyi-dəsti-minnətdarımız oldu. İxtar: kəndi alış-verişimə dair rusca danışmaq, imza etmək və paketlər ünvanı yazmaq kimi şeylərə müqtədirəm. Rusca qələmə alınmış yazıları layiqincə oxuya bilmirəmsə də, çap olunan kitabları bir əndazəyə qədər oxuram. Vəqt müsaidə edər isə mütaliatda, mükalimatda bulunduğumca, əmrimə kafi dərəcədə rusca yazmağa, oxumağa və danışmağa müvəffəq ola biləcəyim bədihi olsa gərək.

Metrik şəhadətnaməsi hazırdır isə də, Şamaxı şiə qazisi uyezdni olduğundan qanun Mövcibincə attestat şəhadətnaməsi Bakıda qubernski qazidən alınmalıdır. Ona dəxi müvəffəq olmağım vasitə ilə olur isə Bakıda çox zəvat tapa bilərəm... Məktubumun üzərində olan paketin rusca yazısı kəndi xəttimdir.

Baqi ixlas və məhəbbət, əfəndim. Həqiqi dostum Firidun bəy cənablarına müxlisanə salam edirəm.

Müxlisiniz Ələkbər Sabir Tahirzadə Şamaxı.

Bəəd-əttəhrir: Bu gündən etibarən naçalnikə ərizə verib əxlaq şəhadətnaməsi almağa mübadirət etdim. Şəhadətnaməni alandan sonra Bakıya imtəhandan ötrü getməliyəm. Çarçeşm intizar ilə cəvabınıza müntəzirəm.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up