Milli Məclisdə orta məktəb dərslikləri tənqid olundu


Tarix: 18-09-2017, 07:56
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, çıxış edən deputat Musa Qasımlı bildirib ki, dövlət ölkədə yeni-yeni təhsil müəssisələrinin yaradılması üçün çox böyük qayğı göstərir: “Amma məktəblərdə dərsliklərin keyfiyyəti, müəllimlərin hazırlıq səviyyəsi də artırılmalıdır. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları çox ciddi işlər görməlidir. Ən vacib məsələ orta məktəblərdə dərsliklərlə bağlı problemlərdir. Bizim dərsliklərlə bağlı iradlarımıza, nəhayət, diqqət göstərilməli, tədbir görülməlidir. Dərsliklərin yazılmasında inhisarçılıq ola bilməz. Bir tarixçi paleolitdən bu günə qədərki dövrü necə yaza bilər axı? Dərsliklərimizdə nə qədər xronologiya ola bilər? Dərsliklərimizdə çox ciddi şəkildə millətçilik, dövlətçilik aşılanmalıdır, statistika yox”.

Deputat Kamilə Əliyeva isə bildirib ki, nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək: “Vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb. Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş senzi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda, əlbəttə, ciddi problem olacaq. Hesab edirəm ki, buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır. Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır”.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up