Türkmənistanda qadınlara avtomobil sürmək qadağan olundu


Tarix: 18-01-2018, 12:34
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Türkmənistanda qadınlara sükan arxasına keçmək qadağan olunub. Ötən ilin dekabr ayında yol polisi qadınlara bu barədə sadəcə xəbərdarlıq olunurdusa, cari ilin yanvar ayından onların sürücülük vəsiqələri əlindən alınır, avtomobilləri isə cərimə meydançasına aparılır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Türkmənistan alternativ xəbərləri” məlumat yayıb.

Yerli sakinlərdən biri deyib ki, qadınlar sükan arxasına keçməyə qorxurlar, və iş yerlərinə onları kişilər aparırlar. Bundan əlavə dövlət müəssisələrində işləyən qadınlardan avtomobil sürməyəcəklərinə dair yazılı şəkildə razılıq alınıb.

Qeyd edilir ki, Türkmənistanın daxili işlər naziri İsgəndər Mulikov prezident Qurbanqulu Berdımuhammedova ölkədə baş verən qəzaların əksəriyyətinin qadınların günahından və ya onların iştirakı ilə baş verməsi ilə bağlı statistika təqdim edib. Prezident isə bundan sonra “müvafiq göstərişlər” verib.


Fuad İdrisov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up