Ronaldo və Beyl “Real”dan gedir, yerlərinə onlar gəlir


Tarix: 17-01-2018, 09:24
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar La Liqada son oyunlarda ard-arda xal itirərək lider “Barselona”nın 19 xal gerisinə düşən kral klubu çarəni hücum xəttini yeniləməkdə görüb.

Axar.az xəbər verir ki, “Real Madrid” Benzema, Beyl və Ronaldonu sataraq, hücum üçlüyünü dəyişmək niyyətindədir.

Azarkeşlər arasında BBC (Benzema, Beyl, Cristiano) kimi tanınan üçlüyün La Liqadakı performansı kəskin tənqid olunub. Kral klubunun BBC yerinə NHL (Neymar, Hazard, Levandovski) transferi ilə yenidən çempionluq qazanmaq istədiyi bildirilib.

İlk olaraq PSJ-dən Neymar, daha sonra “Çelsi”dən Eden Hazardı transfer etmək istəyən Madrid klubu, hücum üçlüyünü “Bavariya”dan polşalı hücumçu Robert Levandovski ilə tamamlamaq istəyir. Levandovski transferinin reallaşmayacağı halda isə “Tottenhem”dən Hari Keynin alınması məsələsi gündəmdədir.

Qeyd edək ki, La Liqaya hazırda 51 xalla “Barselona” liderlik edir. 32 xala sahib “Real Madrid” isə 4-cü pillədədir.


Fuad İdrisov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up