Ermənistan üsyan ərəfəsində -müxalifət xalqı küçəyə çağırdı


Tarix: 16-01-2018, 07:09
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar “10 gün sonra ölkədə üsyan başlaya bilər” - erməni siyasilər və politoloqlardan hakimiyyətə sərt xəbərdarlıq gəldi; “Parlament dinləmələri heç nəyi dəyişməyəcək, əgər...”

Yeni ilin gəlişi ermənilər üçün Şaxta babanın yox, hakim rejimin “sürprizləri” ilə yadda qalıb. “Yeni Müsavat” xəbər verir ki, yanvarın 1-dən Ermənistanda əsas gündəlik tələbat malları ilə yanaşı, benzin, dizel yanacağı, sıxılmış qaz da bahalaşıb. Təbii ki, əhali bunu öz üzərində o zaman hiss edəcək ki, öhdəsindəki və satışda köhnə ərzaq ehtiyatı bitəcək. Enerjidaşıyıcılarının qiymətinin artması isə zəncirvari reaksiya kimi əlavə bahalaşma dalğası yaradacaq.

Sözsüz ki, hakimiyyət vəziyyətin və mümkün radikal proseslərin fərqindədir. Prezident Serj Sərkisyanın yanvarın 10-da hökumətin təcili müşavirəsini çağırması da müstəsna olaraq bu impetarivlə bağlı idi. Ancaq belə görünür ki, həmin toplantı PR işindən savayı heç nəyə yaramayıb. Ölkədə qiymətlərlə bağlı narazılıqlar artır.

Heç şübhəsiz, bu üzdən spiker Ara Babloyan yanvarın 23-də hakim Respublikaçılar Partiyasının üstünlük təşkil elədiyi parlamentdə bahalaşma ilə bağlı dinləmələr keçiriləcəyini bəyan edib. Ancaq yerli siyasi müşahidəçilər bunun da bir görüntü xarakteri daşıyacağı və vəziyyəti dəyişməyəcəyi qənaətindədirlər.


Hafiz Aslanov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up