Roma Papası: Qorxuram


Tarix: 15-01-2018, 11:13
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Roma Papası Fransisk özünün nüvə müharibəsi qorxusundan danışıb və dünyanı nüvə tərksilahına çağırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

“Mən həqiqətən qorxuram. Biz artıq son həddəyik. Müharibənin başlaması üçün təsadüfi hadisə də kifayətdir. Bundan sonra hadisələr sürətlə cərəyan edə bilər. Silahları məhv etmək və bütün səyləri nüvə tərksilahına yönəltmək lazımdır”, - deyə Roma Papası bildirib.

Fransisk bundan öncə, Çiliyə gedərkən təyyarənin göyərtəsində jurnalistlərə 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərində çəkilən fotoşəkli bağışlayıb. Pontifik bu fotoşəkildə nüvə zərbəsindən sonra ölən qardaşını krematoriyə aparan oğlan uşağının təsvir olunduğunu izah edib. Papa bu fotonu görən zaman çox sarsıldığını və onu “Müharibənin meyvəsi” adlandırdığını deyib.

Pontifik yanvarın 18-dək Çilidə, yanvarın 21-nə qədər isə Peruda səfərdə olacaq.



Hafiz Aslanov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up