Həkimlər xəbərdarlıq etdi: `Donuz qripi` qayıdır


Tarix: 12-01-2018, 05:11
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Həkimlər yaxın vaxtlarda Rusiya ərazisində yeni "donuz qripi"ni proqnozlaşdırırlar. FaktXəbər-in verdiyi məlumatam görə, “Rospotrebnadzor”un (İstehlakçıların hüquqlarının və insanların rifahının qorunmasına nəzarət üzrə federal xidmət) epidemiologiya üzrə mütəxəssisi Mixail Lebedev bildirib ki, bu tip qrip yox olmayıb və onun müxtəlif variantları hər il ortaya çıxır.

O, əlavə edib ki, bu il əsasən təhlükə beş yaşına qədər uşaqlar və 50 yaşdan yuxarı şəxslər üçün təşkil edir. Maddələr mübadiləsi pozulan insanlar, immunitedi zəif şəxslər, HİV daşıyıcıları və hamilə qadınlar da risk qurupuna daxildir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.


Bəxtiyar Əliyev.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up