Dünya Bankı: Azərbaycanda iqtisadi geriləmə zəifləyib


Tarix: 10-01-2018, 06:30
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Dünya Bankının açıqladığı “Global Economic Prospects” hesabatına görə, 2016-ci illə müqayisədə Azərbaycanda iqtisadi geriləmə zəifləyib.

Oxu.Az hesabata istinadən xəbər verir ki, 2016-cı ildə ÜDM 3,1 faiz azalmışdısa, 2017-ci ildə bu rəqəmin 1,4 faiz olacağı gözlənilir.

Bununla belə, bank cari ildə ÜDM-də 0,9%, 2019-cu ildə 1,5%, 2020-ci ildə isə 2,6% artım olacağını irəli sürüb.

Hesabatda bildirilir ki, 2014-2016-cı illərdə neft qiymətinin aşağı olması, o cümlədən bank sektorundakı problemlər, passiv kreditlərin artımı, hökumətin gəlirlərinin azalması iqtisadiyyata təsir edib:

“Zəif pul-kredit siyasəti, maliyyə bazarının kiçik olması inflyasiya ilə mübarizə siyasətinin effektivliyini məhdudlaşdırıb. Bu da əhalinin real gəlirlərinin artımına zərbə vurub”.

Hesabatda o da qeyd olunub ki, bütün problemlərə rəğmən, qeyri-neft sektorunda bərpa əlamətləri və investisiya artımı müşahidə edilib.


Bəxtiyar Əliyev.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up