Ərdoğan: Bəzi dövlətlər Türkiyəyə meydan oxumaq yolunu tutub


Tarix: 10-01-2018, 06:24
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Dövləti ədalət, təhlükəsizlik, sağlıq və təhsil prinsipləri ilə idarə etməyi əsas götürdük.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət Şurasının toplantısında bildirib.

“Peyğəmbər həzrətləri buyurmuşdu: “Allah ədalətli olanları sevər”. Dövləti idarə edənlərin birinci vəzifəsi ədaləti qoruyub saxlamaqdır. Bizim mədəniyyətimiz ədalət üzərində qurulub. 2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhərisi dünyanın ədalətini gördük. Türkiyədən qaçıb gedən o məlum terrorçunu ABŞ-da bəsləyən şəxslərdən onun bizə təhvil verilməsini istəyəndə bundan imtina edirlər. Amma 15 il ərzində onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər və biz onları təhvil vermişdik. Bütün dosyeləri göndərmişik. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli mövqedəyəm. Mən onların ədalətinə qəti olaraq nə inanır, nə də hörmət edirəm”, – deyə o vurğulayıb.

Ərdoğan çıxışında FETÖ-yə qarşıya mübarizə və FETÖ-çülərdən danışıb:

“Millətimizə çağırış edirəm, hakimlərimizi və istintaqçılarımızı etibarsızlaşdırmağa yönəlik itthamlara etibar etməsinlər. Bizə düşən səbirli olmaqdır. Hakim, müstəntiq və personal sayındakı azalmaya rəğmən, xidmətləri daha sürətli şəkildə verən ədalət təşkilatı mənsublarımıza şükranlarımı bildirirəm. Yeni təyinatlar və xidmət üçün təhsilli insanlarla sürətlə personal əskikləri tamamlanaraq, xidmətlər daha üst səviyyəyə çıxardılır. Millətimizə verdiyimiz ədalət sözünü tutma yolunda qərarlılıqla yürüməyə davam edirik”.


Fuad İdrisov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up