Sərkisyan yoxa çıxdı: nə baş verir?


Tarix: 9-01-2018, 11:17
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Ermənistan Prezidenti Serj Sərkisyan yanvarın 5-6-sı Milad bayramı ilə bağlı keçirilən tədbirlərdə gözə dəyməyib.

Axar.az xəbər verir ki, yeni ildən etibarən Sərkisyanın səhhətinin pisləşdiyi, xəstəxanaya aparıldığı barədə erməni mətbuatında məlumatlar yayılıb.

“Jamanak”a görə, Sərkisyan səhhətində yaranan problemlər səbəbindən bayram tədbirlərində iştirak etməyib və prezident həmin vaxt “Nairi” tibb məntəqəsinə aparılıb.

Bir digər iddiaya əsasən isə Sərkisyan onsuz da tərk edəcəyi iqtidarını indidən yoxluğuna öyrətməyə çalışır. Bəzi mənbələr erməni liderin hansısa gizli və mətbuata açıqlanmayan görüş üçün ölkə xaricinə belə getdiyini yazır. Misal kimi də İranda ilin əvvəlində yaşanan gərginlik nəticəsində Sərkisyanın hər hansı bir müzakirəyə qatılması ehtimalı göstərilib.

Sərkisyanın mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan prezidentin yüngül soyuqdəyməsi olduğunu və bu müddət ərzində evində istirahət etdiyini desə də, görünür, erməni liderin bir anda yoxa çıxmasının ardında erməni mətbuatı hələ çox mətləblər tapacaq.


Hafiz Aslanov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up