Trampdan bəhs edən kitabın satışı rekord qırdı


Tarix: 8-01-2018, 02:31
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar ABŞ prezidenti Donald Trampın prezidentliyinin ilk ilindən bəhs edən "Atəş və qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitabın satışları rekord qırıb.

Oxu.Az xəbər verir ki, kitab bazara çıxarıldığı ilk gündən ABŞ-da ən yaxşı satılan nəşrlərin siyahısına daxil edilib. Eləcə də bir çox mağazalarda artıq rəflər boşalıb.

Müəllifi Mişel Volff olan kitab Trampa yaxın 200 nəfər vəzifəli şəxsdən alınan müsahibələr əsasında yazılıb.

Kitabda xarici və daxili siyasətə, Ağ Ev-in sabiq üzvüləri ilə yaşanan münaqişələrə, Suriya böhranına, eləcə də Trampın sağlamlığına qədər bir çox mövzulara toxunulub. Bildirilir ki, ABŞ prezidenti nə düşündüyünü son ana qədər adiyyatı şəxslərə bildirmir. O eləcə də televizor seyr etməyi, hamburger yeməyi sevir.

Diqqəti çəkən isə Trampın prezident olmaq istəməməsi və seçiləcəyini gözləməməsi olub.


Fuad İdrisov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up