Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı açıqlandı


Tarix: 7-01-2018, 05:34
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar 2017-ci ildə Gürcüstana 7,5 milyon nəfər xarici turist səfər edib. Bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur.

Oxu.Az xəbər verir ki, Top-5-liyə Rusiya, Ermənistan, Azərbaycan, Türkiyə və İran daxil olub.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 1,7 milyon nəfər turist səfər edib. Bu da 11,2 faiz artım deməkdir. Türkiyədən Gürcüstana istirahətə gedənlərin sayı isə 0,8 faiz azalaraq 1,2 milyon nəfər olub.

Qonşu ölkəyə səfər edənlərin arasında iranlıların sayı 118,3 faiz artaraq 322,9 min nəfər təşkil edib.

Ötən ilin birinci və ikinci rübündə Gürcüstanın turizmdən gəliri 2,2 milyard dollar olub. Bu da əvvəlki illə müqayisədə 489 milyon dollar çoxdur.


Tural Həsənov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up