Gömrükdə yenilik: Soyundurulma zamanı videoçəkilişə icazə verilməyəcək


Tarix: 21-12-2017, 03:09
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Azərbaycanda gömrükdə yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişə icazə verilməyəcək.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərdə deyilir.

Məcəllənin 64.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur: "Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı iki hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir".

Müvafiq olaraq 99.4-cü maddə aşağıdakı redaksiyada verilir: "Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı iki hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda, videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər".

Beləliklə, qanun layihəsinə əsasən, hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi olacaq, eyni zamanda, şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda, videoçəkilişdən istifadəyə yol verilməyəcək.


Hafiz Aslanov.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up