Bakının bütöv bir rayonunu vahimədə saxlayan şəxsi həbs etdilər


Tarix: 12-07-2017, 12:47
Təsiredici ünsiyyət üçün - qızıl qaydalar Bakıda Şamplena adı ilə tanınan Teymur Paşayev adlı seksual azlığın nümayəndəsi saxlanılıb.
Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün məhkəmə qaydasında qrup şəklində xuliqanlıqda ittiham olunan 42 yaşlı Şamplena haqqında 4 aylıq həbs qətiimkan tədbiri seçilib. Saxlanılan şəxs Şüvəlan İstintaq Təcridxanasına aparılıb.
Paşayev göz yaşları içində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, sahibkar Məmmədov Rafiz Ramazan oğlundan pul tələb edib və özü öz qolunu kəsib.
Sputnik Azərbaycan daha əvvəl xəbər verib ki, iyulun 4-də saat 00:10 radələrində Şamplena bir qrup geylə Nizami rayonu ərazisində yerləşən “Opera” çay evinə basqın təşkil edib. Kriminal avtoritet roluna iddia edən və necə deyərlər, kiçik və orta sahibkarlara “himayədarlıq” etməklə məşğul olan Şamplena Məmmədovdan sakit işləmək və onun təşkilatına fayda vermək üçün hər ay 500 manat məbləğində xərac tələb edib.
Transseksual deyib ki, bu əraziyə o nəzarət edir. Küçədə fahişəliklə məşğul olan bütün translar və qadınlar səhərə qədər rahat işləmək üçün hər ay ona 20 manat məbləğində xərac ödəyirlər.


Ana səhifəyə qayıt

Axtariş

Donate

Reklam

Hava Haqqında
Sayğac

create gmail account gmail sign in gmail sign up